A.Elbon: Komanda çox işlədi

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, komanda 2023-cü il üçün çox işləyib.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası keçən mövsümü sonuncu sırada tamamlamışdı.

Aleks Elbon: “Komandada daha bir il yarışacağım üçün həyəcanlıyam. Bolid əla görünür və Silverstounda sükan arxasına keçəcəyik. Bazadakı işçilər həm keçən il, həm də qışda çox işlədi. 2023-cü il üçün boliddən maksimumu almağa çalışdıq. Buna görə də FW45-in potensialını görmək üçün səbirsizlənirəm.

Bundan başqa komandaya yeni tərəfdaşlar qatılıb. Onları aramızda görmək gözəldir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*