Fransa Qran Prisi: X.Lorenso poul qazanıb

Sonuncu dünya çempionu Fransa Qran Prisində Mark Markes və Andrea Yannoneni qabaqlayaraq sıralanma turunda növbəti poulunu qazanıb...

F-1.az bildirir ki, Xorxe Lorenso həm birinci, həm də ikinci cəhdlərində hamıdan bir baş üstün olub. Sessiyanın son saniyələrində Yamaha komandasının sürücüsü 92 saniyədən sürətli olan yeganə sürücü olub. Amma heç bu nəticə olmasaydı belə, Lorenso birinci sətirdə qalacaqdı – Xorxenin rəqibləri bu dəfə ondan çox geri qalıblar. 

İkinci nəticəni Honda-nın sürücüsü Mark Markes göstərib və Lorensoya 0.4 saniyədən çox uduzub. İlk cəhdində ikiqat dünya çempionu sürətli olmayıb və yalnız 5-ci yeri tuta bilib. Amma ikinci cəhdində sürətini artırıb və 3 mövqe irəliləyib.

İlk üçlüyü Ducati-nin sürücüsü Andrea Yannone tamamlayıb. İlk cəhdindən sonra italiyalı sürücü ikinci olsa da, sessiyanın sonunda Markes onu üstələyə bilib. Maraqlıdır ki, Yannone boksdan çıxarkən yıxılıb, amma qaraja qayıdaraq ehtiyat mostosikletlə trasa çıxıb, düzdür, nəticəsini yaxşılaşdıra bilməyib.

Yeddiqat dünya çempionu Valentino Rossi (Yamaha) ilk cəhdindən sonra 3-cü olsa da, yekunda 7-ci yerlə kifayətlənməli olub. Markesin komanda yoldaşı Dani Pedrosa isə yıxıldığı üçün yalnız 11-ci nəticə göstərə bilib…

Yer Sürücü Komanda Motosiklet Zaman
1 Испания Xorxe Lorenso Movistar Yamaha MotoGP Yamaha YZR-M1 1:31.975
2 Испания Mark Markes Repsol Honda Team Honda RC213V 1:32.416
3 Италия Andrea Yannone Ducati Team Ducati Desmosedici GP16 1:32.469
4 Испания Pol Esparqaro Monster Yamaha Tech 3 Yamaha YZR-M1 1:32.502
5 Италия Andrea Dovitsiozo Ducati Team Ducati Desmosedici GP16 1:32.587
6 Соединенное Королевство Brədli Smit Monster Yamaha Tech 3 Yamaha YZR-M1 1:32.820
7 Италия Valentino Rossi Movistar Yamaha MotoGP Yamaha YZR-M1 1:32.829
8 Испания Maverik Vinyales Team Suzuki ECSTAR Suzuki GSX-RR 1:32.933
9 Соединенное Королевство Kel Kratçlou LCR Honda Honda RC213V 1:32.963
10 Италия Danilo Peruççi Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 1:33.102
11 Испания Dani Pedrosa Repsol Honda Team Honda RC213V 1:33.109
12 Испания Aleş Esparqaro Team Suzuki ECSTAR Suzuki GSX-RR 1:33.115
13 Испания Hektor Barbera Avintia Racing Ducati Desmosedici GP14 1:33.291
14 Соединенное Королевство Skott Reddinq Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 1:33.310
15 Колумбия Yonni Hernandes Aspar Team MotoGP Ducati Desmosedici GP14 1:33.360
16 Ирландия Yucin Laverti Aspar Team MotoGP Ducati Desmosedici GP14 1:33.452
17 Германия Ştefan Bradl Aprilia Racing Team Gresini Aprilia RS-GP 1:34.003
18 Австралия Cek Miller Estrella Galicia 0.0 Marc VDS Honda RC213V 1:34.049
19 Испания Alvaro Bautista Aprilia Racing Team Gresini Aprilia RS-GP 1:34.333
20  Tito Rabat Estrella Galicia 0.0 Marc VDS Honda RC213V 1:34.348
21 Франция Loris Baz Avintia Racing Ducati Desmosedici GP14 1:34.455
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*