M.Markes: Mütləq yarışmalıyam

Repsol Honda komandasının sürücüsü Mark Markes bildirib ki, ayyarımlıq fasiləyə görə zəif Honda ilə trasa çıxıb yarışacaq.

F-1.az xatırladır ki, altıqat Dünya Çempionu Almaniyada çətin həftəsonu keçirmiş və 5 dəfə yıxılmışdı. Buna görə də zədələnmişdi. Buna baxmyaraq, Mark Assendə yarışıb. Ancaq motosikletin qeyri-stabilliyinə görə limitlərdə sürməyib və cümə sərbəst yürüşlərində 19-cu olub. O, sprint yarışında da yaxşı çıxış etməyib və 16-cə yerlə razılaşıb.

Mark Markes: “Digər həfətsonlarında özümü yaxşı hiss etdim və limitlərdə sürdüm. Ancaq keçən həftə Almaniyada yarışmadım, çünki özümü yaxşı hiss etmirdim. Hər yerim ağrıyırdı. Dörd gündən sonra yenidən motosikletin üzərində idim. Bədənim bir az sağalsa da, bir az ağrılarım var. Buna görə də bu həftəsonu heç nə edə bilməyəcəm.

Yenə də yarışıram, çünki yay tətili gəlir və ayyarım fasilə verəcəyik. Buna görə də iki ay motosikletdən uzaq qalmaq yaxşı fikir deyil. Buna görə də trasa çıxmalıyam. Düzdür, çətin anlar yaşayanda motivasiyanız azalar, amma tempinizi qorumalı və vəziyyəti dəyişməyə çalışmalısınız.

Fiziki cəhətdən bu qədər ağrımağı gözləməsəm də, çox ağrıdım. Ayaq biləyim və barmağım qırıldı. Bu problem deyil. Qəbul etmək olar. Amma son sektorda qabırğalarım çox ağrıyır. Özümü ancaq birinci sektorda yaxşl hiss edirəm, çünki yavaş döngələr var və limitdə sürə bilirəm. Sürətli olmağa çalışıram. Ancaq iki dövrə ərzində bir saniyə sürətli olmaq asan deyil. Bunu edərkən səhv etdim. O döngədə elə sürətlə getməyə öyrəşməmişən. Bəxtim gətirdi ki, yüngül qəza idi. Yarışda sonuncu olmamağa çalışacağam”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*