F.Morbidelli: Valentino mənə mübarizəni öyrətdi

Yamaha komandasının sürücüsü Franko Morbidelli bildirib ki, əfsanəvi Valentino Rossi və onun akademiyasından aldığı mentorluqla Yamaha-dakı problemlərə baxmayaraq, mübarizə apara bilir.

F-1.az xatırladır ki, italiyalı sürücü 2020-ci ildə ikinci yeri tutmuş, 2021-ci ilin ortalarında isə Yamaha-ya keçmişdi. Lakin onun Yamaha-dakı ən yaxşı nəticəsi bu ilin Argentina yarışında qazandığı dördüncülükdür.

Gənc sürücünün yeri təhlükədədir və Yamaha-nım Xorxe Martinlə danışıqlar apardığı şayiələri yayılıb. İspaniyalı sürücünün müqaviləsində “baza komandası istədiyi halda ayrıla bilər” maddəsi var. Deyilənə görə yaponiyalı istehsalçı Frankoya ilin ortasına qədər vaxt verib.

Franko Morbidelli: “Akademiyanın, Valentinonun və bütün işçilərin əsas məqsədi məni mübarizədə saxlamaqdır. Doğrudan da qarşılaşdığınız çətinliklər sizin böyüməyinizə kömək edir. Nə qədər çox çətinlik görsəniz, onunla mübarizə aparmağı öyrənirsiniz. Daha yaxşı bir insan və sürücü olursunuz.

Vale mənə hər məşqdə bir mübarizə verir. Bu onun etdiyi ən yaxşı şeydir. İdmandan getsə də, go-kartda, rançda və R1 motosikletlərindən həmişə çox güclüdür. Həmişə mübarizə aparır. Özü də yarışlardakı kimi yüksək səviyyədə…

Keçən il məni həyatda tutan şey bu idi, çünki burada çətin günlər keçirən zaman rançda məşq edirdim. Orada etdiyimiz hər şeydə potensialımın olduğunu görürdüm. Evdə olanda həmişəki Franko idim. Həmişə sürətli idim. Bu hal məni həyatda saxladı və eyni zamanda güclü olduğum işlərdə daha da güclənmək üçün işlədim. Sahib olduğum hər şeyi təkmilləşdirməyə çalışdım.

Bu çətin və yavaş prosesdir, amma hər şey o dəqiqə olmur. İnkişaf etməyin tək yolu budur. Bu yol həmişə davam edir və heç vaxt bitmir. Amma hazırda komanda yoldaşımla sıralanma turunda mübarizə apara bilirəm və ondan 1 saniyə yavaş olmadığımı görürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*