F-1.az xatırladır ki, Markes Moteqi trasına Rossi üzərində 52, Lorenso üzərində isə 66 xallıq üstünlüklə gəlmişdi. Mövsümdə qazandığı 5-ci qələbə və Yamaha sürücülərinin uğursuzluğu sayəsində 23 yaşlı ispaniyalı sürücü 3-cü tituluna sevinib.
Startdan sonra Markes liderliyi ələ alsa da, birinci döngənin daxili radiusunda olan Lorenso həm həmyerlisini, həm də poulun sahibi Rossini üstələyib. 4-cü dövrənin 9-cü döngəsində Mark daxili radiusla əks-hücum edərək qələbəyə doğru şütüyüb. İki dövrə sonra eyni yerdə eyni ötmə ilə Rossi fərqlənib. Amma marka çatmaq uğrunda çalışan Doktor 3 dövrə sonra 10-cu döngədə səhvə yol verib və Yamaha-nın boksunda dayanaraq titul uğrunda mübarizədən rəsmən kənar qalıb.
Rossinin uğursuzluğundan sonra Lorenso sadəcə yerini qorumalı idi – amma Andrea Dovitsiozo sürətlə aradakı fərqi azaldıb. Finişə 7 dövrə qalmış Ducati-nin sürücüsü keçənilki dünya çempionuna hücum məsafəsinə yaxınaşıb. İki dövrə davam edən mübarizədən sonra Lorenso da Rossinin “dalınca yollanıb”.
Markesə dərhal xəbər verilib ki, hər iki rəqibi mübarizəni dayandırıb və artıq titul qazanılıb. Amma Mark səhvə yol vermədən Honda üçün ev trasında finişə qədər yoluna davam edib və mövsümün sonuna 3 yarış qalmış titulu rəsmiləşdirib.
Dovitsiozo finiş xəttini ikinci keçib, Maverik Vinyales isə son dövrədə komanda yoldaşı Aleş Esparqaronu keçərək podiumun son pilləsinə qalxıb.
Yer | Sürücü | Komanad | Zaman/Fərq |
1 | ![]() |
Repsol Honda Team | 42:34.610 |
2 | ![]() |
Ducati Team | + 0:02.992 |
3 | ![]() |
Team Suzuki ECSTAR | + 0:04.104 |
4 | ![]() |
Team Suzuki ECSTAR | + 0:04.726 |
5 | ![]() |
LCR Honda | + 0:15.049 |
6 | ![]() |
Monster Yamaha Tech 3 | + 0:19.654 |
7 | ![]() |
Aprilia Racing Team Gresini | + 0:23.032 |
8 | ![]() |
Octo Pramac Yakhnich | + 0:28.555 |
9 | ![]() |
Octo Pramac Yakhnich | + 0:28.802 |
10 | ![]() |
Aprilia Racing Team Gresini | + 0:32.330 |
11 | ![]() |
Yamalube Yamaha Factory Racing | + 0:42.845 |
12 | ![]() |
Pull & Bear Aspar Team | + 0:52.219 |
13 | ![]() |
Monster Yamaha Tech 3 | + 0:53.783 |
14 | ![]() |
Estrella Galicia 0.0 Marc VDS | + 0:54.760 |
15 | ![]() |
Repsol Honda Team | + 1.00.155 |
16 | ![]() |
Avintia Racing | + 1.04.440 |
17 | ![]() |
Ducati Team | + 1.42.966 |
18 | ![]() |
Avintia Racing | + 1 dövrə |
Finiş görməyənlər: | |||
![]() |
Movistar Yamaha MotoGP | 19 dövrə | |
![]() |
Movistar Yamaha MotoGP | 6 dövrə | |
![]() |
Estrella Galicia 0.0 Marc VDS | 6 dövrə | |
![]() |
Pull & Bear Aspar Team | 2 dövrə |