18 Sentyabr 2019, Çərşənbə - 07:17

Fransa 2013-cü ildə Qran Prinin keçirilməsinə təminat vermir

Fransa 2013-cü ildə Qran Prinin keçirilməsinə təminat vermir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:56 - 23 May, 2012

Fransada hakimiyyətə Fransua Hollandla sosialist partiyasının gəlməsi milli Qran Prinin perspektivlərini sual altına qoyub. Yeni prezidentin Formula1-ə münasibətini nəzərə alaraq, […]

Fransada hakimiyyətə Fransua Hollandla sosialist partiyasının gəlməsi milli Qran Prinin perspektivlərini sual altına qoyub. Yeni prezidentin Formula1-ə münasibətini nəzərə alaraq, demək olar ki, hökumət Berni Ekklstouna məxsus olan Lə Kastelle yaxınlığındakı Pol Rikar avtodromunda milli mərhələnin keçirilməsi planını unudacaq. Amma ölkənin idman naziri Valeri Furneyron RMC Sport-un efirində bildirib ki, planın reallaşdırılmasına qədər çox ciddi məsələləri həll etmək lazımdır…

Valeri Furneyron: “Əvvəlki nazirlər kabineti səlahiyyətlərinin bitməsinə yaxın bu məsələlərin həllini sürətləndirməyə çalışıb. Sonuncu Fransa Qran Prisi 2008-ci ildə baş tutub. Biz yarışların qayıtmasının əleyhinə deyilik, amma bəzi məsələlərdə aydınlıq lazımdır, xüsusən də maliyyələşdirmə məsələsində.

Biz başa düşməliyik ki, maliyyə kəsiri nə qədər olacaq və dövlət bunu hansı dərəcədə ödməlidir. Bundan başqa, Berni Ekklstounun bu layihəyə müdaxilə etməməsinə əmin olmalıyıq, ondan sonra Lə Kastelledə ciddi nəqliyyat sistemi problemini aradan qaldırmalıyıq. Bu məsələlərin həlli vaxt tələb edir. Biz Qran Pri keçirilməsinin əleyhinə deyilik, amma gələn il bunun baş tutmasına təminat verə bilmərik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 330
Teqlər
Paylaş

logo