FOTA: “Komandalar Qran Prini ləğv edə bilməzlər”

FOTA aparatının başçısı Oliver Uaynqarten bu gün jurnalistlərə bildirib ki, Berni Ekklstounun bildirdiklərinin əksinə olaraq assosiasiyanın üzvü olan komandalar Bəhreyn […]

FOTA aparatının başçısı Oliver Uaynqarten bu gün jurnalistlərə bildirib ki, Berni Ekklstounun bildirdiklərinin əksinə olaraq assosiasiyanın üzvü olan komandalar Bəhreyn Qran Prisi üzrə qərarın qəbul olunmasına təsir etməməyə çalışırlar…

Oliver Uaynqarten: “Son günlər mətbuatda yazılar gedir ki, komandalar Bəhreyn Qran Prisinin ləğv olunması və ya təxirə salınmasına çalışırlar, amma bu mümkün deyil.

Komandalar Qran Prini ləğv edə bilməzlər. Biz beynəlxalq dünya çempionatında FİA-nın bayrağı altında çıxış edirik və yalnız federasiya bu cür vacib məsələlərdə qərar qəbul edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*