Formula1 sürücülərinin maaşları məlum olub

Formula1 sürücülərinin maaşları ən yaxşı saxlanılan sirlərdən biridir, lakin vaxtaşırı mətbuatda müxtəlif maaş reytinqləri dərc olunur.

F-1.az xəbər verir ki, Racingnews365 nəşri 2022-ci il üçün Formula1 sürücülərinin maaşlarını dərc edib. Əlbəttə ki, bütün rəqəmlər qeyri-rəsmidir, lakin onlar gəlir səviyyəsi haqqında ümumi fikir əldə etməyə imkan verir.

Çempionatın ən yüksək maaş alan sürücüsü 2022-ci ildə maaşı 40 milyon dollara düşən Lyuis Həmilton olaraq qalır. Son dünya çempionu Maks Ferstappen beş milyon az qazanıb, Fernando Alonso isə reytinqin üçüncü pilləsindədir – onun maaşı Həmiltonun maaşının yarısıdır.

2022-ci ildə FORMULA1 SÜRÜCÜLƏRİNİN MAAŞI

Sürücü Komanda Maaş, milyon $
Lyuis Həmilton Mercedes 40.00
Maks Ferstappen Red Bull 35.00
Fernando Alonso Alpine 20.00
Sebastyan Fettel Aston Martin 15.00
Daniel Rikkardo McLaren 15.00
Lando Norris McLaren 15.00
Şarl Lekler Ferrari 12.00
Karlos Sayns Ferrari 10.00
Ləns Stroll Aston Martin 10.00
Valtteri Bottas Alfa Romeo 10.00
Serxio Peres Red Bull 10.00
Corc Rassell Mercedes 5.00
Esteban Okon Alpine 5.00
Pyer Qasli AlphaTauri 5.00
Kevin Maqnussen Haas 5.00
Aleks Əlbon Williams 2.00
Mik Şumaxer Haas 1.00
Quanyu Çjou Alfa Romeo 1.00
Nikolas Latifi Williams 1.00
Yuki Tsunoda AlphaTauri 0.75
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*