18 Oktyabr 2019, Cümə - 23:30

FOTA İMG ilə işləməyə başlayır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:38 - 01 İyul, 2009

Silverstounun paddokunda dolaşan şayiələrə görə, FOTA alternativ çempionatın təşkilini idman menecmenti sahəsində dünya liderlərindən biri olan İnternational Management Group (İMG) […]

Silverstounun paddokunda dolaşan şayiələrə görə, FOTA alternativ çempionatın təşkilini idman menecmenti sahəsində dünya liderlərindən biri olan İnternational Management Group (İMG) şirkətinə həvalə edə bilər, İMG həm də digər sahələrdə, xüsusən şou-biznes və televiziya sahələrində də çalışır. Bu London və Nyu Yorkda mənzil qərargahları olan birgə şirkətdir, tennis, qolf yarışları, moda nümayişinin təşkili ilə məşğul olur, amma şirkətin maraq dairəsi çox genişdir. Keçən əsrin sonlarında İMG Formula1-də də çalışıb – onun müştəriləri siyahısında Ayrton Senna və Alan Prostun adları var.

Maraqlıdır ki, bu yaxınlarda İMG Amerikanın məşhur qadın sürücüsü Danika Patriklə müqavilə bağlayıb. Grandprix.com saytının bildirdiyinə görə, Danika gələn ildən NASCAR seriyasına keçməyə hazırlaşır, amma başqa variantlar da istisna olunmur, məsələn, Formula1…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 294
Teqlər
Paylaş

logo