Testlərin ikinci günündə komandaların iş qrafiki

Bu gün Bəhreyndə testlərin ikinci günü baş tutacaq və komandalar yenə günü maksimum məhsuldarlıqla bitirməyə çalışacaqlar.

F-1.az xəbər verir ki, dünən yalnız Red Bull tək sürücü ilə işləmişdisə, bu gün 3 komanda eyni addımı atacaq – Aston Martin-də Fernando Alonso, Alfa Romeo-da Quanyu Çjou, Williams-da isə Loqan Sarcent günboyu sükan arxasında olacaq.

Aston Martin-in bugünə olan proqramı dünən bəlli deyildi, lakin gecə saatlarında Fernandonun komandaya kömək edəcəyi dəqiqləşib.

Komanda 24.02.2023
Mercedes Lyuis Həmilton / Corc Rassell
Red Bull Racing Serxio Peres / Maks Ferstappen
Ferrari Karlos Sayns / Şarl Lekler
McLaren Lando Norris / Oskar Piastri
Alpine Esteban Okon / Pyer Qasli
Aston Martin Fernando Alonso
AlphaTauri Yuki Tsunoda / Nik de Friz
Alfa Romeo Quanyu Çjou
Haas Kevin Maqnussen / Niko Hülkenberq
Williams Loqan Sarcent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*