Formula1 uğuru Red Bull şirkətinə yarım milyard Avroya başa gəlib

Formula1 yalnız qabaqcıl texnologiyalar və yüksək sürətlər deyil, həm də böyük məbləğlərdir. Avropalı ekspertlər hesablayıblar ki, Red Bull komandasını dünya […]

Formula1 yalnız qabaqcıl texnologiyalar və yüksək sürətlər deyil, həm də böyük məbləğlərdir. Avropalı ekspertlər hesablayıblar ki, Red Bull komandasını dünya çempionu etmək üçün Diter Mateşiç yarım milyard Avro xərcləməli olub…

Enerjili içkilər istehsal edən Red Bull şirkəti həm də müxtəlif layihələri maliyyələşdirən dünyanın ən böyük şirkətlərindəndir. Pitpass dərgisinin redaktoru Kris Silt hesab edir ki, Ford şirkətindən Formula1 komandasını aldıqdan sonra Red Bull şirkəti öz komandasına 422.4 milyon funt xərcləyib.

Məhz bu valyutada digər rəqəmlər də göstərilib. Hər şey 2005-ci ildən başlayıb, 58.3 milyon funt Red Bull Technology şirkətinin yaradılmasına sərmayə edilib. 2006-cı ildə bu şirkətə 85.6 milyon, 2007-ci ildə isə 89.2 milyon funt xərclənib. Bu məbləğin bir hissəsi həmin illərdə Toro Rosso-ya yönəlirdi, amma bu məbləğ 10 milyonu keçmirdi.

2008-ci ildə Red Bull komandasının məsrəfləri 79 milyon funt təşkil edib, ilk qələbənin qazanıldığı 2009-cu ildə isə komandanın məsrəfləri 100 milyon funtu keçib.

Amma eyni zamanda komanda Mühəndislər Kubokunda tutduğu yüksək yerlərə görə FİA-dan və sponsorlardan böyük məbləğlər alır – 2009-cu ildə komandaya gələn gəlirin məbləği 160.8 milyon funt təşkil edib, bu isə məsrəflərdən 39 milyon funt çoxdur, düzdür, bu gəlirdən hələ vergilər ödənməlidir.

Televiziya yayımları zamanı Red Bull maşınları ən çox göstərilən maşınlar olduqları üçün komandanın reklam əmsalı da böyükdür, yəni komandaya yatırılan hər bir funtun effektliyi yüksəkdir – 2009-cu ildə sponsorlar tV-də göstərildiyi vaxta görə komandaya 136.9 milyon, 2010-cu ildə isə 219.9 milyon funt ödəməli olardılar.

Lakin Mateşiçin komandası maliyyə baxımından Formula1-in heç də ən effektiv komandası deyil – McLaren komandası 2010-cu ildə hər qazandığı xaal görə 350 min funt xərcləyib, Red Bull-da isə bu kəmiyyət 374 min təşkil edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*