Gənc sürücü həlak olub

Niderlandlı gənc sürücü Dilano van't Hoff bu gün Spa trasında yağış altında baş tutan FRECA yarışı zamanı dünyasını dəyişib.

F-1.az xəbər verir ki, hadisə ikinci restart zamanı Kemmel düzlüyünün başlanğıcında baş verib – Adam Fitsceraldın maşını yerində fırlanan Hoffun maşınına çırpılıb.

Açıqlamada deyilir: “Alpine tərəfindən Formula Regional European Championship seriyasında MP Motorsport sürücüsü Dilano van’t Hoffun ölümünü kədərlə elan edirik. Hadisə Spada ikinci yarış zamanı baş verib.

Ailəyə, komandaya və dostlara dərin hüznlə başsağlığı vermək istəyirik. Belçika Kral Avtomobil Klubu, Spa trası və SRO Motorsports Group Alpine və ACI-yə qoşularaq sürücünün ailəsinə, komandasına və dostlarına dərin hüznlə başsağlığı verir”.

Qeyd edək ki, 2019-cu ildə F2 sürücüsü Antuan Uber də burada həlak olmuşdu…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*