21 Sentyabr 2019, Şənbə - 17:22

Xeres testləri – 17-20 fevral

Xeres testləri – 17-20 fevral

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:58 - 18 Fevral, 2010

20 FEVRAL Günəşli. Quru. Havanın temperaturu +8-16C, trasın temperaturu +10-24C Bu gün Xeres testləri başa çatıb, komandalar iki dördgünlük seriya […]

20 FEVRAL

Günəşli. Quru. Havanın temperaturu +8-16C, trasın temperaturu +10-24C

Bu gün Xeres testləri başa çatıb, komandalar iki dördgünlük seriya keçiriblər, amma yalnız bu gün bütün günü quru trasda işləyiblər. Keçən illərdə çempionat iştirakçıları mövsümöncəsi testləri müxtəlif traslarda keçirirdilər, bəziləri soyuq Avropadan Afrikaya və ya Yaxın Şərqə yollanırdılar, amma Formula1 məsrəflərin azaldılmasına istiqamət götürdüyündən bu il komandalar İspaniyanın cənubunda dörd test seriyası keçirməli olublar.

Qeyri-rəsmi protokollara Censon Batton başçılıq edib, dünya çempionu iki həftənin ən yaxşı nəticəsinə imza atıb – 1:18.871. Səhər britaniyalı sürücü az yanacaqla sıralanma turu rejimində bir neçə qısa dövrələr seriyası edib – ən yaxşı nəticəni də bu dövrələrdən birində göstərib, günün qalan hissəsini Batton uzun dövrələr seriyasında çalışıb.

xer-20-kub
Robert Kubitsa bu gün ikinci olub. Günəşli hava Renault komandasına nəzərdə tutulan bütün proqramı yerinə yetirməyə imkan verib. Səhər Kubitsa müxtəlif yanacaq miqdarı ilə maşının davranışını təhlil edib, nahardan sonra isə sazlanmalarla işləyib.

xer-20-koba
Testlərin son günü Sauber yenə də fərqlənib – dünən C29-un yanacaq sistemindəki problemlər üzündən günün böyük hissəsini boksda keçirən Kamui Kobayaşi bu gün 117 dövrə vurub və protokollarda üçüncü yeri tutub. Amma səhər tezdən testlərin elə ilk saatında yaponiyalı sürücü qırmızı bayraqları dalğalanmağa məcbur edib, daha bir saat sonra sessiyanı Mark Uebebr dayandırıb, nahardan sonra Niko Hülkenberq və Timo Qlok marşalların işini artırıblar.

Vitantonio Liutsi bu gün quru trasda dördüncü nəticəni göstərməklə bir daha VJM03-ün sürətli olmasını sübut edib, Mixael Şumaheri əvəz etmiş Niko Rosberq uzun dövrələr seriyasında sazlanmalar üzərində işləyib. Fernando Alonso tribunaları doldurmuş həmyerlilərinin gözləri önündə 137 dövrə vurub, günün ikinci yarısında o yarışın imitasiyasını keçirib. Daha bir yerli sürücü Xayme Algersuari STR5-in sükanı araxsında daha çox – 139 dövrə vurub. Mark Uebber bu gün testlərə uzun dövrələr seriyası ilə başlayıb, amma dördüncü seriyada motor imtina edib və axşama yaxın trasa qayıdan sürücü daha bir uzun dövrələr seriyası edib.

Yarno Trulli bu gün Lotus T127-nin sükanı arxasında debüt edib, italiyalı sürücü protkollarda sonuncu yeri tutub və günün liderinə 4 saniyədən çox uduzub, amma günün ən böyük məsafəsini qət edib – 141 dövrə…

Gələn həftə komandalar Barselonada mövsümöncəsi testlərin son dördgünlük seriyasına toplaşacaqlar. Hava proqnozu bütün dörd gündə havanın günəşli və quru olmasını vəd edir…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01C.BattonMcLarenMercedes1:18.871108
02R.KubitsaRenaultRenault1:19.114+ 0:00.243117
03K.KobayaşiBMW SauberFerrari1:19.188+ 0:00.317117
04A.SutilForce İndiaMercedes1:19.650+ 0:00.77980
05N.RosberqMercedes GPMercedes1:20.061+ 0:01.190130
06F.AlonsoFerrariFerrari1:20.436+ 0:01.565137
07X.AlgersuariToro RossoFerrari1:21.053+ 0:02.182139
08M.UebberRed BullRenault1:21.194+ 0:02.32387
09N.HülkenberqWilliamsCosworth1:21.919+ 0:03.048137
10T.QlokVirginCosworth1:22.433+ 0:03.56228
11Y.TrulliLotusCosworth1:23.470+ 0:04.599141
19 FEVRAL

Buludlu. Səhər nəm, sonra quru. Havanın temperaturu +9-16C, trasın temperaturu +9-25C

Xeres testlərinin ikinci həfətsinin üçüncü günü istisna olmayıb, sessiya axşamkı yağışdan sonra qurumaqda olan nəm trasda başlayıb, amma tras tezliklə quruyub və sürücülər quru təkərlərlə işləyiblər. Dünən sürücülərə mane olan külək də zəifləyib, ona görə də on bir komanda nəzərdə tutduqları proqramları yerinə yetirə biliblər – yarış imitasiya olunub, quru asfaltda təkərlərin işi qiymətləndirilib.

xer-19-ueb
Qeyri-rsəmi protokollarda birinci sətri Mark Uebber tutub. Avstraliyalı sürücü problemlərdən yaxa qurtara bilməyib, günün birinci yarısında onun maşını trasda dayanıb və qırmızı bayraqlar asılıb. Buna baxmayaraq, Mark 115 dövrə vurub və ikihəftəlik testlərin ən yaxşı nəticəsinə imza atıb – 1:19.299.

xer-19-alo
Yerli azarkeşlərin kumiri Fernando Alonso bu gün ikinci olub. Komandanın verdiyi xəbərə görə, ispaniyalı sürücü bu gün sazlanmalarla işləyib, müxtəlif yarış vəziyyətlərində maşının və təkərlərin effektliyini qiymətləndirib.

xer-19-bat
Lyuis Həmiltonu McLaren MP4-25-in sükanı arxasında əvəz etmiş Censon Batton üçüncü nəticə göstərib. Komanda və dünya çempionu sazlanmalarla işləyiblər, sabah isə komanda maşına bəzi aerodinamik yeniliklər quraşdıracaq.

Sessiyanın başlanmasından 40 dəqiqə keçmiş Heykki Kovalaynenin Lotus-u trasda dayanıb, amma mexaniklər finlandiyalı sürücünü operativ trasa qaytarıblar. Bir ssat sonra digər yeni maşın – Lukas di Qrassinin VR-01-i trasda dayanıb, bir az keçmiş Kamui Kobayaşi qırmızı bayraqlarla sessiyanı dayandırıb. Nahardan sonra Virgin və Williams maşınları marşalların işini artırıblar.

Sabah testlər başa çatacaq…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.UebberRed BullRenault1:19.299115
02F.AlonsoFerrariFerrari1:20.115+ 0:00.816132
03C.BattonMcLarenMercedes1:20.394+ 0:01.095101
04N.HülkenberqWilliamsCosworth1:21.432+ 0:02.133138
05M.ŞumaherMercedes GPMercedes1:21.437+ 0:02.13879
06R.KubitsaRenaultRenault1:21.916+ 0:02.617100
07A.SutilForce İndiaMercedes1:21.939+ 0:02.64069
08K.KobayaşiBMW SauberFerrari1:22.228+ 0:02.92928
09X.AlgersuariToro RossoFerrari1:22.564+ 0:03.265120
10L.di QrassiVirginCosworth1:23.504+ 0:04.20534
11H.KovalaynenLotusCosworth1:23.521+ 0:04.22268
18 FEVRAL

Buludlu. Yağış. Havanın temperaturu +10-14C, trasın temperaturu +10-14C

Yağış komandaların mövsümöncəsi testlərdə iş proqramlarını alt-üst edib. Bu gün yağışla bərabər güclü külək komandaların işinə mane olub. Ona görə də komandalar gələn həftə Barselonada bir gün əlavə işləmək barədə müzakirələrə başlayıblar.

Sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb – səhər tezdən Timo Qlokun Virgin-i trasda dayanıb, bir saat sonra Rubens Barrikello trasdan çıxıb, nahara yaxın Heykki Kovalaynenin Lotus-u trasdan çıxıb və maşın qabaq antiqanadını itirib, ehtiyat hissələri olmadığı üçün komanda bugünkü işini başa vurub.

xer-18-bar
Günorta asfaltın bir müddət yaxşı olduğu vaxt göstərilən nəticələr ən yaxşı olub – protokollara Rubens Barrikello başçılıq edib, braziliyalı sürücü həm də günün ən böyük məsafəsini qət edib.

xer-18-pet
Vitaliy Petrov isə bu gün ikinci olub, yağış üzündən Renault proqramını ixtisar edib və rusiyalı sürücü cəmi 56 dövrə vurub. Sabah onu Robert Kubitsa əvəz edəcək.

xer-18-fet
Sebastyan Fettel bu günü üçüncü yerdə başa vurub. Komanda aerodinamika və sazlanmalarla iş üzrə böyük proqram planlaşdırmışdı, amma yağış və güclü külək üzündən proqram yerinə yetirilməyib. Sabah Fettel yerini Mark Uebberə verəcək.

Niko Rosberq isə bu gün Mixael Şumaheri əvəz edib, gənc alman sürücü dördüncü nəticə göstərib. Sabah Mixael yenidən sükan arxasına qayıdacaq. Pedro de la Rosa səmi 8 dövrə vurub, komanda yağış altında iş proqramını tam başa vurduğundan motorun resursuna qənaət etməyi qərara alıb, sabah sükan arxasına Kamui Kobayaşi oturacaq. Timo Qlok yeni VR-01-in sükanı arxasında 72 dövrə vura bilib.

Sabah testlər davam edəcək, hava proqnozu nisbətən quru hava vəd edir…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01R.BarrikelloWilliamsCosworth1:27.14598
02V.PetrovRenaultRenault1:27.828+ 0:00.68356
03S.FettelRed BullRenault1:28.151+ 0:01.00671
04N.RosberqMercedes GPMercedes1:28.162+ 0:01.01770
05F.MassaFerrariFerrari1:28.879+ 0:01.73492
06P.de la RosaBMW SauberFerrari1:29.691+ 0:02.5468
07P.di RestaForce İndiaMercedes1:30.344+ 0:03.19933
08T.QlokVirginCosworth1:30.476+ 0:03.33172
09V.LiutsiForce İndiaMercedes1:30.666+ 0:03.52124
10L.HəmiltonMcLarenMercedes1:31.633+ 0:04.48857
11S.BuemiToro RossoFerrari1:32.678+ 0:05.53357
12H.KovalaynenLotusCosworth1:33.554+ 0:06.40930
17 FEVRAL

Buludlu. Yağış. Havanın temperaturu +12-18C, trasın temperaturu +11-23C

Mövsümöncəsi testlər ekvatorunu keçib – bu gün 15 test günündən səkkizincisi arxada qalıb, gələn həftə komandalar Barselonaya, ordan isə Bəhreynə – mövsümün ilk Qran Prisinə yollanacaqlar. Bu gün isə hava yenə də komandaların işinə mane olub – səhər tezdən sessiya axşamkı yağışdan sonra nəm olan trasda başlayıb. İlk saat ərzində qırmızı bayraqlar iki dəfə qaldırılıb – əvvəl Lyuis Həmiltonun maşınında problemlər yaranıb, sonra isə Pol di Resta trasdan çıxıb.

xer-17-fet
Tras quruyarkən sürücülər ən yaxşı nəticələrini göstəriblər. Sebastyan Fettel hamıdan sürətli olub.

xer-17-ham
McLaren maşının balansı və sazlanmalarla işləyib, amma Lyuis proqramı tam başa vura bilməyib – sürətli dövrədə britaniyalı sürücü ikinci nəticə göstərib.

xer-17-mas
Protokollarda üçüncü sətri yeni F10 şassisi ilə trasa çıxmış Felipe Massa tutub. Amma braziliyalı sürücünün maşınında bu gün bir neçə problem üzə çıxıb.

Testlərdə yeni Lotus maşını debüt edib, komandanın ehtiyat sürücüsü Fayruz Fauzi debüt günü 300 km məsafə qət edib və FİA-nın superlisenziyasını alıb. Nahardan sonra Rubens Barrikellonun Williams-ı sessiyanı daha iki dəfə dayandırıb. Pedro de la Rosa bu gün beşinci olub. İspaniyalı veteran sürücü Mixael Şumaheri qabaqlayıb. Virgin komandası isə hidravlik problemlər üzündən cəmi 10 dövrə vura bilib.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:22.59399
02L.HəmiltonMcLarenMercedes1:23.017+ 0:00.42472
03F.MassaFerrariFerrari1:23.204+ 0:00.61172
04S.BuemiToro RossoFerrari1:23.322+ 0:00.72979
05P.de la RosaBMW SauberFerrari1:23.367+ 0:00.77476
06M.ŞumaherMercedes GPMercedes1:23.803+ 0:01.210111
07A.SutilForce İndiaMercedes1:24.272+ 0:01.67928
08P.di RestaForce İndiaMercedes1:25.088+ 0:02.49574
09V.PetrovRenaultRenault1:26.237+ 0:03.64455
10R.BarrikelloWilliamsCosworth1:27.320+ 0:04.727109
11F.FauziLotusCosworth1:31.848+ 0:09.25576
12T.QlokVirginCosworth1:32.417+ 0:09.82410

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 286
Teqlər
Paylaş

logo