Formula1 Türkiyədən gedir?

Qarşıdakı Türkiyə Qran Prisinin sonuncu olması ehtimalı çox böyükdür: 2012-ci ildə bu yarış dünya çempionatının təqviminə qatılmaya bilər, çünki Berni […]

Qarşıdakı Türkiyə Qran Prisinin sonuncu olması ehtimalı çox böyükdür: 2012-ci ildə bu yarış dünya çempionatının təqviminə qatılmaya bilər, çünki Berni Ekklstoun yerli təşkilatçılarla yarışın keçirilmə haqqının məbləğində orta məxrəcə gələ bilməyib.

Formula1-in Türkiyəyə gəlməsinin əsas təşəbbüskarı olan İstanbul Ticarət Palatasının başçısı Murat Yalçıntaş Hürriyet qəzetinə bildirib ki, hökumət Ekklstounun illik yarışı haqqını 13 milyon dollardan 26 milyon dollara qaldırması təklifini rədd edib.

Habertürk qəzeti isə bu gün “Formula1 İstanbull vidalaşır” başlığını manşetə çıxarıb…

Reuters agentliyinin verdiyi xəbərə görə, Yalçıntaş özünün Twitter-dəki mikrobloqunda cari vəziyyəti belə şərh edib: “Çox güman ki, gələn il Formula1 yarışı İstanbulda keçirilməyəcək. Yarışın haqqı olduqca böyükdür və Maliyyə Nazirliyi belə bir məbləği ödəməyəcək.”

İstanbul avtodromunun hazırkı müqaviləsi bu il başa çatır, amma hələ keçən il Formula1-in kommersiya başçısı Berni Ekklstoun istisna etmirdi ki, tribunalara tamaşaçıların az toplaşmasına baxmayaraq, milli mərhələ təqvimdə hələ uzun müddət qalacaq.

Əgər Türkiyə Qran Prisi həqiqətən tarixə qovuşarsa, onda Ekklstounun gələn il mövsümünü formalaşdırması asanlaşacaq, çünki təqvimə ABŞ Qran Prisini qaytarmağa fürsət axtarırdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*