23 Avqust 2019, Cümə - 08:45

Formula1 sürücülərinin 2017-ci ildə maaşları

Formula1 sürücülərinin 2017-ci ildə maaşları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:22 - 11 Fevral, 2017

Formula1-də sürücülərin əmək haqqı barədə istənilən məlumat ehtimal xarakteri daşıyır, çünki müqavilələrin təfərrüatı heç bir zaman açıqlanmır, amma buna baxmayaraq, bu barədə məlumatlar daim oxucuların maraq dairəsində olduğu üçün tez-tez mətbuatda yer alır.

Almaniyanın Motorsport-Total həftəlik nəşri bu sahədə öz tədqiqatının nəticələrini cədvəl halında dərc edib. Əvvəlcədən qeyd edək ki, bu cədvəldəki rəqəmlər adət etdiyimiz məbləğlərdən kəskin fərqlənir, düzdür, almanlar bildiriblər ki, sürücülərin mükafatları və bonus ödəmələri bu cədvələ daxil edilməyib, yəni cədvəldə yalnız müqavilə məbləğləri əks olunub.

Təəccüblü deyil ki, ilk üçlükdə bir neçə titul qazanmış sürücülər yer alıblar – Lyuis Həmilton, Fernando Alonso və Sebastyan Fettel. Maraqlıdır ki, üçqat və ikiqat dünya çempionlarının əmək haqqı dördqat dünya çempionunun əmək haqqından yüksəkdir.

F-1.az bir daha xatırladır ki, belə məlumatlara etibar etmək vacib deyil, amma, istənilən halda, bu cədvəl yenə də sübut edir ki, çempionatın iştirakçıları öz həyatlarını kifayət qədər təmin etmişlər…

SürücüKomandaMüqavilə/uzatmaq hüququ (opsion)Əmək haqqı, min avro
Lyuis HəmiltonMercedes AMG2018-ci ilin sonuna qədər18 700
Fernando AlonsoMcLaren2017-ci ilin sonuna qədər18 700
Sebastyan FettelFerrari2017-ci ilin sonuna qədər14 100
Daniel RikkardoRed Bull2018-ci ilin sonuna qədər11 300
Niko HülkenberqRenault2018-ci ilin sonuna qədər9 400
Maks FerstappenRed Bull2018-ci ilin sonuna qədər + opsion6 600
Roman QrojanHaas2017-ci ilin sonuna qədər + opsion6 600
Kimi RəykkönenFerrari2017-ci ilin sonuna qədər5 600
Valtteri BottasMercedes AMG2017-ci ilin sonuna qədər + opsion5 600
Serxio PeresForce İndia2017-ci ilin sonuna qədər4 700
Felipe MassaWilliams2017-ci ilin sonuna qədər4 700
Stoffel VandornMcLaren2017-ci ilin sonuna qədər + opsion2 800
Esteban OkonForce İndia2017-ci ilin sonuna qədər + opsion1 900
Kevin MaqnussenHaas2017-ci ilin sonuna qədər + opsion1 400
Karlos SaynsToro Rosso2017-ci ilin sonuna qədər1 400
Daniil KvyatToro Rosso2017-ci ilin sonuna qədər940
Markus ErikssonSauber2017-ci ilin sonuna qədər + opsion940
Colion PalmerRenault2017-ci ilin sonuna qədər940
Paskal VerlyaynSauber2017-ci ilin sonuna qədər470
Ləns StrollWilliams2018-ci ilin sonuna qədər + opsion350

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 169
Teqlər , ,
Paylaş

logo