Formula1-i Bəhreynə görə qəti mövqe tutmağa çağırırlar

Avropa mətbuatı FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının Bəhreyn Qran Prisinin 2011-ci ilin dünya çempionatının təqviminə qaytarması barədə qərarına şərh verməyi […]

Avropa mətbuatı FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının Bəhreyn Qran Prisinin 2011-ci ilin dünya çempionatının təqviminə qaytarması barədə qərarına şərh verməyi davam edir.

Formula1-i ittiham edirlər ki, idman çempionat təşkilatçılarının əlində alətə çevrilib, təşkilatçılar öz kommersiya məqsədlərini insan haqlarının problemlərindən üstün tuturlar, FİA-nın keçmiş prezidenti Maks Mosli isə əmindir ki, Bəhreynə qayıtmağa razı olmaqla Formula1 bu ölkənin hakimlərinin əlində daha bir alətə çevriləcək, onlar Qran Pridən öz çirkin əməllərini ört-basdır etmək üçün istifadə edirlər. Amma hamını yarış iştirakçılarının və azarkeşlərin təhlükəsizliyi problemləri narahat edir, çünki yarışı ölkədə davam edən iğtişaşlar şəraitində keçirmək ən azı riskli addımdır.

ВВС-yə müsahibəsində Bəhreynin insan haqları mərkəzinin prezidenti Nabel Rəcəb bildirib ki, əgər Qran Pri baş tutarsa, həmin gün milli “Qəzəb Günü” olacaq…

Nabel Rəcəb: “Şübhə yoxdur ki, yarış müxtəlif müxalifət qüvvələrinin nişangahına çevriləcək. Özünüzü bu insanların yerinə qoyun: Bəhreyn Qran Prisini öz məqsədləri üçün istifadə etmək lap yerinə düşəcək. Müasir dünyada milli sərhədlər yoxdur, Yaxın Şərqdə isə kifayət qədər siyasi fəallar var, onlar hakimiyyətdə olan monarx ailələri devrimək istəyirlər.

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası təqvimin ilkin versiyasına qayıtmalıdır, Bəhreyn üçün isə sınaq müddəti təyin olunmalıdır. Əgər iki ildən sonra orda vəziyyət normallaşarsa, onda yarışı yenidən keçirmək olar…

Formula1 bu məsələdə öz mövqeyini qəti bildirməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*