Stirlinq Moss vəfat edib

Əfsanəvi britaniyalı sürücünün ölümü ilə bağlı məlumatı ailəsi paylaşıb. O, uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

F-1.az xatırladır ki, 2016-cı ilin sonlarında Sinqapurda tənəffüs yollarının infeksiyasına görə xəstəxanaya düşmüş və müalicə almışdı.

Sör Stirlinq Moss 17 sentyabr 1929-cu ildə Londonda anadan olub. Formula1-də 1951-ci ildə İsveçrə Qran Prisi ilə debüt edib.66 dəfə start alan Strilinq 16 dəfə finiş xəttini birinci keçib, 24 dəfə isə podiuma yüksəlib. 16 yarışa pouldan başlayıb və 19 yarışda sürətli dövrə vurub.

Moss Formula1 tarixinin ən bəxstsiz pilotlarından biri hesab edilir. Dəfələrlə titula yaxın olsa da, heç vaxt onu qazana bilməyib. 1955-ci ildən etibarən ardıcıl 4 dəfə dünya ikincisi olan pilot növbəti 3 ildə də üçüncü olub.

Strilinq Moss heç bir titul əldə etməməsinə baxmayaraq, bir çoxları tərəfindən Formula1 tarixinin ən yaxşıları arasında göstərilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*