09 Dekabr 2019, Bazar ertəsi - 19:25

S.Moss xəstəxanaya düşüb

S.Moss xəstəxanaya düşüb

Müəllif: Elçin Zodorov, redaktor

10:20 - 15 Yanvar, 2017

Heç bir titul qazanmamasına baxmayaraq, Formula1 tarixinin ən yaxşı sürücülərindən hesab olunan ser Stirlinq Moss tənəffüs yollarının infeksiyasına görə xəstəxanaya aparılıb.

F-1.az xəbər verir ki, 87 yaşlı britaniyalı veteran sürücünün sağlamlığı Sinqapurdakı xəstəxanalardan birində bərpa edilir. Onun səhhətinin yaxşılaşmağa doğru getdiyi, bəzi problemlərə baxmayaraq, vəziyyətinin sabitləşdiyi bildirilir. Həyat yoldaşının sözlərinə görə, evə qayıtmamışdan əvvəl bir neçə gün Sinqapurda oteldə qalmağı planlaşdırırlar ki, onun səhhəti tamamilə yaxşılaşsın.

Moss ailəsinin verdiyi bəyanatda deyilir: “Dekabrın 22-də Stirlinq Moss tənəffüs yollarının kəskin infeksiyasına görə xəstəxanaya düşüb. Onun vəziyyəti ağır idi və infeksiyanın müəyyən fəsadları özünü göstərirdi. Lakin bərpa prossesi gözlənildiyi kimi, sürətlə getdi və həkimlər onun vəziyyətini stabil hesab edirlər. Stirlinq xoş ovqatdadır, onun məyus olduğu yeganə şey milad səyahətini tamamlaya bilməməsidir”.

Qeyd edək ki, Stirlinq Moss Formula1-də 1951-ci ildən 1961-ci ilə qədər iştirak edib. Çıxdığı 66 yarışda 16 qələbə, 24 podium və 16 poul qazanan britaniyalı 19 yarışda ən sürətli dövrəni vurub. Çempionatı 4 dəfə ikinci, 3 dəfə də üçüncü yerdə başa vurub. Avtoidmanda müxtəlif kateqoriyalarda 1948-ci ildən etibarən yarışıb və çıxdığı 529 yarışda 212 qələbə əldə edib. Ser Stirlinq avtoidman tarixinin ən yaxşılarından hesab edilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 629
Teqlər
Paylaş

logo