R.Levandovski avtoidmana keçir?

Bayern komandasının polşalı qoleadoru Robert Levandovski bildirib ki, futbol karyerasını sonlandırdıqdan sonra Dakar Rallisində mübarizə aparmaq istəyir.

F-1.az xatırladır ki, “levanqolski” ləqəbli forvard bu il Formula1 üzrə Monako yarışına qonaq qismində gəlmişdi.

Robert Levandovski: “Avtomobil sürmək mənim üçün dünyadan qaçmaq kimidir. Avtoidmana həmişə maraq göstərmişəm və bunu sevirəm. Bu idman fədakarlığı sevir. Görək necə olacaq”.

Qeyd edək ki, Chelsea və Tottenham komandalarının sabiq baş məşqçisi Andre Villaş-Boaş 2018-ci ildə Dakar marafonunda çıxış edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*