Formula E yeni mükafat kuboklarını təqdim edib

Şənbə günü Mexikoda keçiriləcək Formula E-nin doqquzuncu mövsümünün ilk yarışı ərəfəsində seriyanın təşkilatçıları yeni kubokları təqdim ediblər.

F-1.az xəbər verir ki, hər il olduğu kimi, seriyanın bütün yarışlarında qalib və mükafatçılara eyni kuboklar verilir.

Londonda yerləşən Beta Dizayn Ofisi tərəfindən hazırlanmış kuboklar üçüncü nəsil maşınların elektrik xarakterini, sürətini və gücünü simvolizə edir.

Rəng və boyuna görə fərqlənən hər bir kubok 44 qanaddan ibarətdir – 22 böyük qanad 22 Formula E sürücüsünü, 22 kiçik qanad isə onların trasdakı maşınlarını təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*