Formula E mövsümü Berlində altı yarışla başa çatacaq

Bu gün Beynəlxalq Avtomobil Federasiyası Formula E-də mövsümün bərpa olunduğunu açıqlamaqla qalan mərhələlərin cədvəlini dərc edib.

F-1.az xatırladır ki, koronavirus pandemiyası səbəbiylə Formula E mövsümü 5 mərhələdən sonra dayandırılmış və Sanya, Roma, Cakarta, Paris, Seul, London və Nyu Yorkdakı yarışlar tamamilə ləğv edilmişdilər.

Elektrikli yarış avtomobillərində 2019-2020-cu illər mövsümü avqustda davam edəcək və altı yarışdan ibarət olacaq. Yarışların hamısı Berlin aeroportunda süni trasda, lakin üç fərqli konfiqurasiyada keçiriləcək.

Avqustun 5-də və 6-da yarışlar trasında birinci konfiqurasiyasında, 8-də və 9-da ikinci, 12-də və 13-də isə üçüncü konfiqurasiyasında baş tutacaq.

Formul E-nin 2019-2020-ci illər mövsümündə təqvim:

Tarix Ölkə Şəhər
22 noyabr 2019 Səudiyyə Ərəbistanı əd-Diriyah
23 noyabr 2019 Səudiyyə Ərəbistanı əd-Diriyah
18 yanvar 2020 Çili Santyaqo
15 fevral 2020 Meksika Mexiko
29 fevral 2020 Mərakeş Mərakeş
5 avqust 2020 Almaniya Berlin 1
6 avqust 2020 Almaniya Berlin 1
8 avqust 2020 Almaniya Berlin 2
9 avqust 2020 Almaniya Berlin 2
12 avqust 2020 Almaniya Berlin 3
13 avqust 2020 Almaniya Berlin 3

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*