Əgər bu yarışlar baş tutmazsa, Las Veqas Qran Prisindən sonra dekabrın 6-na ehtimal olunan tarixdə daha bir mərhələ keçirilməlidir. Bəhreyn əvəzinə Malyziyada mərhələnin təşkil olunması nəzərə alınsa, bu son yarış mövsümdə 22 mərhələnin keçirilməsini təmin edəcək və Formula1-in kommersiya sahəsindəki müqavilə öhdəliklərinin yerinə yetirilməsini zəmanət altına alacaq.
Əvvəllər ən ehtimal olunan namizəd Portuqaliyanın Portiman avtodromu hesab edilirdi, dekabrda orada hava kifayət qədər əlverişlidir, lakin hazırda təmir işləri gedir və promouterlər 2027-ci il Portuqaliya Qran Prisi üçün infrastrukturların modernləşdirilməsini başa çatdırmaq istədiklərinə görə bu işlər dekabra qədər uzana bilər.
The Race yazır ki, final mərhələnin keçirilməsi üçün yeni namizəd İmola olub, lakin dekabrda orada çox soyuq olur. Digər tərəfdən, əgər Kimi Antonelli qalib gəlsə, mövsüm üçün bundan gözəl bir final təsəvvür etmək olmaz.





