Formula E mövsümü dayandırılıb

Bu həftə İndoneziyada Formula E mərhələsinin ləğvi barədə məlumat vermişdik. Bu gün isə elektrik yarış avtomobilləri seriyasının promouterləri koronavirus pandemiyası səbəbindən mövsümün iyuna qədər dayandırılğını elan ediblər.

F-1.az bildirir ki, daha əvvəl Sanya (Çin), Roma (İtaliya) və Cakartada (İndoneziya) ləğv edilmiş mərhələlərə əlavə olaraq Paris (Fransa) və Seuldakı (Koreya) yarışlar baş tutmayacaq.

Formula E-nin növbəti mərhələsi iyunun 21-də Berlində keçiriləcək, lakin ləğv edilmiş yarışların digər tarixlərə yenidən planlaşdırılması mümkündür.

Alexandro Aqaq, Formula E-nin qurucusu və rəhbəri: “Məsul qərarlar qəbul etməyin vaxtı gəldi. Buna görə mövsümü müvəqqəti dayandırmaq və növbəti iki ay ərzində yarışlar keçirməmək qərarına gəldik. Avtoidman həyatımızda mühüm rol oynayır, amma indi işçilərin, azarkeşlərin və onların ailələrinin, həmçinin yarışları keçirdiyimiz şəhərlərin sakinlərinin sağlamlığı və təhlükəsizliyi daha vacibdir.

Formula E bütün dünyada COVID-19-un yayılması ilə başlayan böhran azaldıqda geri dönəcək…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*