18 Sentyabr 2019, Çərşənbə - 07:15

Force İndia və Aerolab-ın qarşıdurmasını məhkəmə həll edib

Force İndia və Aerolab-ın qarşıdurmasını məhkəmə həll edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:11 - 05 May, 2012

London Ali Məhkəməsi çox maraqlı bir prosesə nöqtə qoyub – prosesin iştirakçıları kimi, bir tərəfdən Force İndia komadnası, digər tərəfdən, […]

London Ali Məhkəməsi çox maraqlı bir prosesə nöqtə qoyub – prosesin iştirakçıları kimi, bir tərəfdən Force İndia komadnası, digər tərəfdən, Aerolab şirkəti və Mayk Qaskoyn çıxış edirdilər. Xatırladaq ki, hər şey hələ 2009-cu ildə balşamışdı, o zaman Aerolab gələcək VJM02 şassisi üzərinə işini dayandırmışdı, çünki Force İndia komandası şirkətin haqqını ödəməmişdi. Şirkət məhkəməyə müraciət etmişdi və məhkəmənin qərara görə Vicey Malyanın komandası təxminən 700 min funt sterlinq ödəməli olmuşdu.

Amma bununla məsələ qurtarmamışdı – Force İndia cavabında bildirmişdi ki, Aerolab komanda üçün hazırladığı şassidən topladığı məlumatlardan Lotus T127-nin hazırlanması üçün istifadə edib. Məhkəmə işini davam etdirib və məlum olub ki, doğrudan da bəzi məlumatlardan istifadə olunub: CAD proqramının VJM02 rəsmli faylları T127 üçün şablon rolunu oynayıb. Məhkəmə qərara alıb ki, Aerolab kompensə kimi 21 min funt ödəməlidir, amma komanda 13 milyon funt tələb edirdi.

Sonuncu qərara görə Force İndia komandası prosesin gedişində bütün məhkəmə xərclərini ödəməli olacaq, məbləğ isə böyükdür. Mayk Qaskoyn məhkəməyə 400 min funt, Aerolab isə 250 min funt xərcləyiblər, əlbəttə, komanda öz vəkillərinin də haqqını ödəməlidir.

Beləliklə, Vicey Malya 2 ildən çox sürən prosesdən cəmi 21 min funt əldə etsə də, 1.5 milyon funta qədər itirməli olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 257
Teqlər
Paylaş

logo