B.Ekklstoun: İndiki sürücülər kömək alırlar

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Həmilton 8-ci titulu qazansa belə, ağlındakı ən yaxşı sürücü olmayacaq.

F-1.az xatırladır ki, Həmilton bu həftəsonu Əbu Dabidə qalib gəlsə, karyerasındakı 8-ci titulu qazanacaq və bu statistikada Mixael Şumaxri geridə qoyaraq, 1 nömrə olacaq.

Berni Ekklstoun: “Xuan Manuel Fanxio bəxtəvər idi, çünki bir komandada uzun illər qalmaq məcburiyyəti yox idi. Birillik müqavilələr bağlayırdılar və növbəti mövsüm güclü komandaya keçə bilirdilər. Mən həmişə Alen Prostun ən güclü olduğunu düşünmüşəm. Bolidi tək başına, köməksiz sürürdü. Yarış ərzində hər şeyə nəzarət etməli idi və həmişə güclü rəqiblərlə mübarizə aparırdı. Müasir dövrdə bütün sürücülər kömək alırlar. Startda işıqlar sönəndən sonra sürücü özbaşına olmalıdır. Lakin onların yerinə komanda körpüsündəki ya da bazada oturan işçilər onlara nə etməli olduqlarını deyirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*