14 Dekabr 2018, Cümə - 00:11

F.Massa: “Mən titul uğrunda mübarizə aparacam”

F.Massa: “Mən titul uğrunda mübarizə aparacam”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:10 - 15 Yanvar, 2011

Bu gün səhər tezdən Madonna di Kampilyoda ənənəvi Wrooom tədbiri çərçivəsində Fernando Alonso və Felipe Massanın mətbuat konfransları başlayıb – […]

Bu gün səhər tezdən Madonna di Kampilyoda ənənəvi Wrooom tədbiri çərçivəsində Fernando Alonso və Felipe Massanın mətbuat konfransları başlayıb – bu il Ferrari sürücülərinin mətbuatla rəsmi ilk görüşü.

Felipe Massa jurnalistlərlə keçənilki problemləri və qarşıdakı mövsümə planları barədə danışıb…

Felipe Massa: “Qabaq təkərlərlə problemlər üzündən 2010-cu il mənim üçün uğursuz oldu. Maşının sazlanamsı zamanı trasla yaxşı ilişməyə nail ola bilmirdim – amma bu artıq arxada qalıb. Qarşıda bizi yeni mövsüm gözləyir, biz artıq yeni təkərlərlə işləyəcəyik və mən bu çağırışı nikbinliklə gözləyirəm. Mən bilirəm ki, əgər maşın mənim gözlədiyim kimi alınsa, mən titul uğrunda mübarizə aparacam.

Əvvəllər də mənim komanda yoldaşlarım çox güclü olublar, mən Mixaellə və Kimi ilə çıxış etmişəm, indi də Fernando Alonso ilə mübarizəyə tam hazıram. Keçənilki uğursuzluqlar əlavə pressinq olacaq, mən bilirəm ki, komandada yerimi saxlamaq üçün nəyisə sübut etməməliyəm.

Qarçıdakı mövsümdə bir məqsədim var – qələbə qazanmaq. Uğursuzluqlar arxada qalıb, komanda mənə inanır və 2011-ci ildə mən titul uğrunda mübarizə aparacam.

Biz yenə də KERS-dən istifadə edəcəyik, amma vəziyyət dəyişib. İki il əvvəl hər kiloqramın böyük dəyəri var idi, indi isə maşınların minimum çəkisi qaldırılıb, mən isə çempionatın ən yüngül sürücülərindən biriyəm. Mən hesab edirəm ki, bu dəyşikliklər yaxşıdır. Düzdür, sükanda düymələrin sayı çoxalacaq, amma biz düymələrdən eyni zamanda istifadə etmirik. Arxa antiqanadın hərəkətli elementinə gəlincə, ilk yarışa qədər heç nə deyə bilməyəcəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 187
Teqlər
Paylaş

logo