M.Şumaxer: Ümid edirəm fərqlər qapanar

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, Qətər trasını komandalar yaxşı tanımadığı üçün aradakı fərqlər əriyə bilər.

F-1.az xatırladır ki, Haas komandası bu il xal ala bilməyən yeganə kollektivdir. Qətər kimi yeni traslar onlara xal qazanmaq üçün fürsətlər yaradır.

Mik Şumaxer: “Uzun illərdir ki, Qətərdə MotoGP yarışları olur, amma Formula1 heç vaxt burada olmayıb. Bizim üçün maraqlı təcrübə olacaq. Oraya daha əvvəl getməmişəm və komandalar nə edəcək bilmirəm. Buna görə də komandaların performansı müəmmalıdır. Ümdi edirəm ki, komandaların arasında fərqlər qapanar və orta qrupla mübarizə apararıq.

Bu həftəsonu əlimizdə çox məlmat yoxdur. Trasda gəzməyə çıxacağıq. Əminəm ki, çox şey öyrənəcəyik”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*