K.Maqnussen dost olmaq istəmir

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, yarış zamanı mədəni olmayacaq.

F-1.az xatırladır ki, danimarkalı sürücü keçən ilin Macarıstan yarışında Hülkenberqlə, Malayziyada isə Alonso ilə problem yaşamışdı.

Kevin Maqnussen: “Trasda heç kəslə dostcasına davranmayacam. Hamımız yaxşı nəticə qazanmaq üçün yarışırıq. Ancaq cəza alıramsa, deməli səhv etmişəm. Çalışacam ki, cəza almayım. Onsuz da keçən il mübarizə apardığım üçün bir dəfə cəza almışam. Cəzalardan qaçmaq istəyirəm, ancaq bu o demək deyil ki, hamı ilə dost olmalıyam. Yarış zamanı sərt olmalıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*