F.Massa Ferrari-də qalmağa ümid edir

Son yarışlarda əldə etdiyi uğurları möhkəmlədə bilsə, Felipe Massa Ferrari-də qalmağa ümid edir. Son yarışlarda Felipe maşının sazlanmalarına başqa cür […]

Son yarışlarda əldə etdiyi uğurları möhkəmlədə bilsə, Felipe Massa Ferrari-də qalmağa ümid edir. Son yarışlarda Felipe maşının sazlanmalarına başqa cür yanaşır və nəticədə Silverstounda mövsümün ən yaxşı nəticəsini göstərərək finişdə dördüncü olub.

Komanda və Mark Uebber təsdiq etmişdilər ki, gələn mövsüm üçün danışıqlar aparıblar, amma avstraliyalı sürücü Red Bull-la müqaviləsini uzadıb, başqa aşkar namizəd yoxdur, Massa isə yarışdan yarışa güclənir…

Felipe Massa: “Əgər biz bu istiqamətdə davam etsək, maşın və nəticələri yaxşılaşdıra bilsək, onda mən komandada qalmağıma mane ola biləcək səbəb görmürəm.

Hazırda mən özümü sükan arxasında daha rahat hiss edirəm və bu işi davam etdirmək lazımdır ki, yarışdan yarışa daha güclü olaq. Son yarışlar mənim üçün daha uğurlu alınıb, nəinki mövsümün əvvəlində.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*