F.Massa: “Biz hər iki çempionatda liderik”

Bəhreyndə əla yarışdan və Melburnda podiumdan sonra mövsümün üçüncü yarışı Ferrari üçün pozitiv alınmayıb – uğursuz sıralanma turundan sonra Felipe […]

Bəhreyndə əla yarışdan və Melburnda podiumdan sonra mövsümün üçüncü yarışı Ferrari üçün pozitiv alınmayıb – uğursuz sıralanma turundan sonra Felipe Massa finişdə yeddinci olub, Fernando Alonso isə finişə iki dövrə qalmış yarışı dayandırmalı olub – həmin an doqquzuncu olan ispaniyalı sürücünün maşınında motor imtina edib. Hərçənd, uğuruszluqlara baxmayaraq, məhz Skuderiya və braziliyalı sürücü hər iki çempionata başçılıq edirlər…

Felipe Massa: “Dünən sıralanma turundakı uğursuzluqdan sonra bugünkü yarışı yaxşı hesab etmək olar, mən deyərdim ki, mövsümün ilk üç yarışında biz yaxşı işləmişik – bunu hər iki çempionatda bizim liderlyimiz də sübut edir. Hərçənd, mövsüm uzundur, qarşıda hələ 16 yarış var və maşını təkmilləşdirmək lazımdır, onun etibarlılığını artırmaq lazımdır.

Biz pit-stopu ləngitməyə çalışırdıq, çünki hesab edirdik ki, yağış da yağa bilər. Əgər yağış yağsaydı biz fürsətdən istifadə edərdik. Təəssüf ki, yağış yağmadı.

Yumşaq təkərlərlə sürət yüksək idi, amma startda asfalt sürüşkən idi, tədricən işlənmiş rezin trası örtdükcə, sürətimiz də artırdı – ona görə də bizim bərk təkərlərlə start almaq strategiyamız özünü doğrultdu.

Censon Battonla mübarizəmiz çox çətin alındı. Hər dəfə düz yolda o məndən uzaqlaşırdı, amma sonuncu döngədə o səhvə yol verdi və nəvbəti döngədə mən onu keçə bildim. Bugünkü yarış göstərdi ki, bir hər dövrədə maksimum çalışmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*