Ş.Lekler: Qazanmaq istərdim

Ferrari komandasının sürücüs Şarl Lekler yarışın təhlükəsizlik maşınının arxasında bitməsinə görə məyusdur.

F-1.az xatırladır ki, monakolu sürücü İtaliya yarışına pouldan başlasa da, 11-ci dövrədə virtual təhlükəsizlik maşını rejimindən istifadə edərək, pitə gəlib. Lakin Ferstappen 25-ci dövrədə yeni təkərləri keçdikdən sonra Leklerə yaxınlaşmağa başlayıb. Bundan sonra Lekler Soft təkərə keçsə də, Ferstappenin tempinə cavab verə bilməyib. 47-ci dövrədə iki sürücü arasındakı fərq 17 saniyə ikən Rikkardonun dayanması ilə təhlükəsizlik maşını rejimi elan edilib. Amma marşallar bolidi gec təxliyə ediblər və nəticədə yarış təhlükəsizlik maşınının arxasında bitib.

Şarl Lekler: “Yarışın sonu əsəbpozucu idi. Kaş yarışardıq. Ondan əvvəl ikinci yerdə gedirdik. Elə orada da bitirdik. Əlimdən gələni etdim və ikinci olduq. Tiffozilərin önündə qazanmaq istərdim, amma bacarmadım.

İkinci olduq və məyusam. Burada necə sürətləndiyimizi bilmirəm. Bunu araşdıracağıq. Güzlü olsaq da, qələbəyə bəs eləmədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*