Ş.Lekler: Yeniliklər çox vacib olacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler yeniliklərin yaxşı işləməsinə ümid edir.

F-1.az xatırladır ki, monakolu sürücü Mayami yarışına pouldan başlasa da, Maks Ferstappenin hücumlarına tab gətirə bilməyib və ikinciliyə razı olub.

Şarl Lekler: “Fiziki cəhətdən çətin yarış idi. Medium təkərlərlə çətinlik çəkdik və Ferstappen bizi keçdi. Buna görə də yarışımız çətinləşdi. Hard təkərlərdə daha güclü idik. Yarışın sonlarında Maksı keçə bilərdim.

Lakin bu gün performans cəhətdən Red Bull daha güclü idi. Yarışdan həzz aldım. Azarkeşləri bir yerdə görmək gözəl idi.

Bundan sonra gətirəcəyimiz yeniliklər çox vacib olacaq. Ümid edirəm ki, növbəti yarışdan etibarən yaxşı addımlar ata bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*