FİA-ya Williams şikayət edib?

FİA diffuzorun işində qazburaxma sistemindən istifadə olunmasına məhdudiyyətin qoyulmasını elan edərkən, bir çoxları güman etdilər ki, bu təşəbbüsü Cosworth motorlarının […]

FİA diffuzorun işində qazburaxma sistemindən istifadə olunmasına məhdudiyyətin qoyulmasını elan edərkən, bir çoxları güman etdilər ki, bu təşəbbüsü Cosworth motorlarının müşətrilərindən biri irəli sürüb.

Sistemin effektiv işi üçün qaz pedalının istənilən vəziyyətində stabil qaz axının olması vacibdir, bunu isə motorun xüsusi rejimi təmin edir, amma Cosworth-un müştərilərinin belə bir imkanı yoxdur.

Almaniyanın Auto Motor und Sport dərgisinin jurnalistlərinə məlum olub ki, FİA-ya Williams komandasının nümayəndələri müraciət ediblər. Bu komanda da diffuzordan effektiv istifadə olunması üzərində işləyir, amma motorun xüsusiyyətləri üzündən sistem güclü komandalarda olduğundan fərqlənir və sıralanma turunda böyük üstünlük qazanmağa imkan vermir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*