22 May 2019, Çərşənbə - 03:08

N.Rosberq cərimə olunmayıb

N.Rosberq cərimə olunmayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:06 - 05 Oktyabr, 2009

Yaponiya Qran Prisinin finişindən sonra stüardlar Niko Rosberqi və Williams komandasının texniki direktoru Səm Mayklı Censon Battonun müraciətinə əsasən yanlarına […]

Yaponiya Qran Prisinin finişindən sonra stüardlar Niko Rosberqi və Williams komandasının texniki direktoru Səm Mayklı Censon Battonun müraciətinə əsasən yanlarına çağırıblar – çempionatın lideri hesab edir ki, Niko Təhlükəsizlik Maşının arxasında dövrədə ən yaxşı nəticəsini göstərib. İnsidenti araşdıran stüardlar heç kimi cərimə etməməyi qərara alıblar…

FİA-nın bəyanatında deyilir: “Yarışın direktoru stüardlara xəbər verib ki, Niko Rosberqin maşını Təhlükəsizlik Maşını trasa çıxarkən boksa qayıtması üçün ayrılan vaxt limitini üstələyib. Stüardlar sürücü ilə və komandanın nümayəndələri ilə görüşüblər, telemetriyanın, GPS-in, tayminqin və videoyazının göstəricilərini təhlil ediblər, məlum olub ki, sükanda “low fuel” (yanacaq azdır) xəbərdarlığı boksa qayıtmaq zamanını göstərən yazının üstünü örtüb, buna görə də sürücü tayminqin göstəişinə uyğun hərəkət edə bilməyib.

Telemetriya göstərib ki, sürücü sarı bayarqların və TM-in tələblərinə dərhal əməl edib, ona görə də stüardlar heç bir cərimə tətbiq etməməyi qərara alıblar.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 218
Teqlər
Paylaş

logo