19 İyun 2019, Çərşənbə - 17:36

E.Okon: “Force İndia çempion ola bilər”

E.Okon: “Force İndia çempion ola bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

15:35 - 18 Mart, 2018

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, ən əsas hədəfi təkmilləşməkdir.

F-1.az xatırladır ki, fransalı sürücü karyerasına keçən il başlamış və ilk mövsümündə stabil nəticələr göstərərək, hamını təəccübləndirmişdi.

Esteban Okon: “Mövsümə daha yaxşı başlasam, xoşbəxt olaram. 2017-ci ilin ilk yarışları mənim üçün çətin keçdi. Problemlərlə mübarizə aparmalı idim. İndi isə hansı sahədə təkmilləşmək lazım olduğunu bilməliyəm. Keçən il qazandığım təcrübə hesabına bunu edə bilərəm. Ümid edirəm ki, keçən il qazana bilmədiyim podiumları bu il əldə edərəm.

Force İndia komandası olaraq ən böyük gücümüz pulu daha səmərəli istifadə edib hər şeyi yüksək keyfiyətdə hazırlamaqdır. Əlimizə keçən bütün pulu bolidə xərcləyirik. Düzgün işləyən azsaylı komandalardanıq. Hamının büdcəsi eyni olsa, çempionluq qazana bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər ,
Paylaş

logo