FİA motorun starta qədər iş rejimini dəyişməyi qadağan edib

İşlənmiş qazların diffuzorun effektliyin artırması üçün istifadəsinə məhdudiyyətlər Böyük Britaniya Qran Prisi ərəfsində qüvvəyə minəcək, amma federasiyanın bəzi qərarlarını biz […]

İşlənmiş qazların diffuzorun effektliyin artırması üçün istifadəsinə məhdudiyyətlər Böyük Britaniya Qran Prisi ərəfsində qüvvəyə minəcək, amma federasiyanın bəzi qərarlarını biz bu uik-end görəcəyik.

Əvvəlki Qran Prilərdə bəzi komandalar sıralanma turunun son sessiyasında motorun xüsusi rejimindən istifadə edirdilər – bu rejim sorucu diffuzorun effektliyini kəskin artırırdı. Belə rejimdə motor uzun müddət işləyə bilməz, ona görə də startda əvvəl motorun sazlanması adi rejimə qaytarılırdı.

Yarışların direktoru və FİA-nın nümayəndəsi Çarli Uaytinq komandaları xəbərdar edib ki, Valensiyada motorların kartoqrafiyasını sıralanma turu ilə yarış arasında dəyişmək olmayacaq, ona görə də sıralanma turunda motorun bu rejimindən faydalananlar artıq Avropa Qran Prisindən ciddi üstünlükdən mərhum olacaqlar.

Bundan sonra motorun işlək rejimini yalnız ilk pit-stopda dəyişmək mümkün olacaq, yəni sürücülər sıralanma turunda istifadə etdikləri sazlanmalarla start almalı olacaqlar. Pit-stop zamanı lazım olarsa, mühəndislər maşını kompyuterə qoşmaqla motorun iş rejimini dəyişə bilərlər, amma bu müəyyən vaxt itkisinə səbəb olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*