Jil de Ferran McLaren-ə məsləhətçi kimi qayıdıb

McLaren-in keçmiş idman direktoru və İndy-500 yarışının qalibi Jil de Ferran Britaniya komandasına xüsusi məsləhətçi kimi qayıdıb.

F-1.az xəbər verir ki, McLaren komandasının yenidən qurulmasının növbəti mərhələsində braziliyalının köməyinə ümid edilir.

Komandanın başçısı Andrea Stella bildirib ki, de Ferranın komandada icraedici səlahiyyətləri olmayacaq və əməkdaşlığın özü müvəqqətidir.

Andrea Stella: “Jillə əməkdaşlıq müvəqqətidir, lakin mütləq ən azı bir il davam edəcək. Jil bu işə uyğun namizəddir və əminəm ki, onunla konkret layihələrdə uğur qazandıqdan sonra gələcək əməkdaşlıqdan necə faydalanacağımız barədə yeni ideyalarımız olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*