McLaren yeniliklər gətirəcək

McLaren komandası növbəti Macarıstan yarışına yeniliklərlə gələcək.

F-1.az xatırladır ki, Britaniya komandası bu il bütün yarışlardan xalla ayrılıb. Formula1-in ən titullu üçüncü komandası hazırda turnir cədvəlində üçüncü yerdədir və Ferrari ilə aralarında amansız mübarizə gedir.

Andreas Zaydl: “Ferrari ilə mübarizə apara bilmək üçün Macarıstana yeniliklərlə gedəcətik. Mühəndislər Kubokunda üçüncü olmaq bizim üçün vacibdir. İlk 10 yarışdan 163 xal toplamışıq və keçən ilə nisbətən böyük addım atmışıq.

Ferrari-nin iki güclü sürücüsü var. Onların builki performansı məni təəccübləndirmədi. Yaxşı resursları var. Yaxşı mühəndislərə sahibdirlər. Bizi çətin mübarizə gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*