Mercedes Norrisi transfer edib?

İtaliya mətbuatının verdiyi xəbərə əsasən Lando Norris artıq Mercedes komandasının himayəsinə keçib.

F-1.az xatırladır ki, Mclaren və Mercedes 2021-ci ildən etibarən yenidən tərəfdaşlığa başlayacaqlar. Lakin bu surpriz qərardan sonra yeni iddialar ortaya atılıb.

Xəbərə əsasən Lando Norrisin atası Adam Norrisin rəhnərlik etdiyi Horatrio İnvestments iki tərəf arasında vasitəçilik edib. Müqaviləyə əsasən Lando artıq Mercedes tərəfindən idarə ediləcək. Beləliklə, Almaniya təmsilçisi daha bir sürücünü heyətinə cəlb edib.

McLaren və Mercedes-in yeni müqaviləsi təkcə mühərrikdən ibarət deyil. “Gümüşü oxlar” Britaniya komandasına texniki cəhətdən də dəstək verəcək.

Qeyd edək ki, Mercedes hazırda həm Okonun, həm də Rasselin menecerliyini edir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*