18 Sentyabr 2019, Çərşənbə - 05:26

McLaren komandası A Better Tomorrow loqotiplərini götürüb

McLaren komandası A Better Tomorrow loqotiplərini götürüb

Müəllif: Rauf Hacıyev, redaktor

11:11 - 14 Mart, 2019

McLaren komandası da Ferrari-nin izindən gedərək bolidin üzərindən A Better Tomorrow loqotipini götürüb.

F-1.az xatırladır ki, Ferrari komandası Avstraliyada başladılan araşdırmalara görə Philip Morris-in layihəsi olan Mission Winnow loqotiplərini boldin üstündən götürmüşdü. Buna görə də McLaren komandası British American Tobacco-nun markası olan A Better Tomorrow loqotiplərini boliddən yığışdırıb. Bu loqotipləri isə 1927-ci ildə Dallasda qurulmuş məşhur marketlər şəbəkəsi olan 7-Eleven-in loqotipləri əvəz edəcək.

Qeyd edək ki, həm Mission Winnow, həm də A Better Tomorrow loqotiplərini Bəhreyn yarışında yenidən bolidlərin üstündə görə biləcəyik.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 142
Teqlər , , ,
Paylaş

logo