McLaren problemləri labüd sayır

McLaren komandasının idman direktoru Eric Bulye yaşadıqları problemləri labüd sayır.

F-1.az xatırladır ki, McLaren mövsümöncəsi testlərin 5-ci günündə cəmi 38 dövrə vura bilib.

Erik Bulye: “İstədiyimiz kimi olmadı. Buna baxmayaraq, problemlərə görə narahat deyilik. Batareya və hidrovlika problemləri yaşadıq. Testlərdə belə problemlər gözləniləndir. Düzdür, daha çox dövrə vurmaq istərdik. Amma testlər fərqli sazlanmalar yoxlamaq üçündür. Onlar da bəzən işləyərlər, bəzən də yox. Bunu dramatikləşdirmək lazım deyil. Hazırkı bolidlər çox qarışıqdır. Mühərriyi dəyişsəniz, əlbəttə, problemlər çıxacaq. Keçmişdə daha asan idi, ancaq indiki bolidlərdə çətindir. Bəzi detalları test etmişik və qalan günlərdə daha çox işləmək istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*