Ferrari Valentin gününü trasda keçirib

Xeres testləri rəsmən dünən başa çatsa da, Ferrari komandasının yük maşınları avtodromun ərazisini tərk etməyiblər, çünki Skuderiya bu gün trası […]

Xeres testləri rəsmən dünən başa çatsa da, Ferrari komandasının yük maşınları avtodromun ərazisini tərk etməyiblər, çünki Skuderiya bu gün trası martketinq çəkilişləri üçün icarə edib.

Aydındır ki, bu günün proqramı əvvəlki günlər kimi gərgin deyildi – Fernando Alonso və Felipe Massa dörd gün ərzində 463 dövrə vurublar, amma reqlamentə görə çəkiliş günləri komanda cəmi 50 km-lik məsafə qət edə bilər.

Axşam Ferrari günəşli Əndəluzu tərk edərək şimali İspaniyaya – Kataloniyanın paytaxtı Barselonaya yollanacaq. Cümə günü burada mövsümöncəsi testlərin üçüncü seriyası başlayacaq – ilk iki günü F150th İtalia-nın sükanı arxasında Fernando Alonso işləyəcək, sonrakı iki gün onu Felipe Massa əvəz edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*