K.Rəykkönen: “Biz uğurdan elə də uzaq deyilik”

Bəhreyndəki inamlı çıxışından sonra bu gün İspaniyada Lotus sürücüləri yenə də sürətli olublar, amma çox zəif birinci hissə üzündən qələbə […]

Bəhreyndəki inamlı çıxışından sonra bu gün İspaniyada Lotus sürücüləri yenə də sürətli olublar, amma çox zəif birinci hissə üzündən qələbə uğrunda mübarizə apara bilməyiblər. Yarışın sonunda ikinciliyə yaxın olan Kimi Rəykkönen komanda yoldaşını qabaqlamaqla yalnız üçüncü olub…

Kimi Rəykkönen: “Mən yaxşı start aldım, Romanı keçdim, xarici radiusa çıxdım və Pastoru da keçə bilərdim, amma beşinci ötürmədə motor son həddinə dirəndi. Təəssüf, əgər yarışın birinci hissəsini sürətli olsaydıq, sonda qələbə də qazana bilərdik.

Maşının sürət problemi yoxdur, amma komandaların nəticələri o dərəcədə sıxdır ki, kiçik bir səhv baha başa gəlir. Podiumun yüksək pilləsinə qalxmaq üçün bütün faktorları bir yerə toplamaq lazımdır.

İlk hissədə yarış tempim aşağı idi, ldierlərə çata bilmirdim. Sonuncu pit-stopdan vəziyyət düzəldi, amma artıq çox geri qalmışdım. Əgər yarış məsafəsi bir neçə dövrə də çox olsaydı, qələbə uğrunda mübarizə apara bilərdim. Biz uğurdan elə də uzaq deyilik, komanda sürətlə inkişaf edir və maşın müxtəlif traslarda eynilə sürətlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*