17 Oktyabr 2019, Cümə axşamı - 09:44

V.Veber: “Hülkenberq hələ çox gəncdir”

V.Veber: “Hülkenberq hələ çox gəncdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:33 - 23 Mart, 2010

Mövsümöncəsi testlərdə Williams FW32 maşınları sürətli görsənsələr də, mövsümün ilk yarışında sürücülər fərqlənə bilməyiblər. Rubens Barrikello 10-cu yeri tutmaqla yeni […]

Mövsümöncəsi testlərdə Williams FW32 maşınları sürətli görsənsələr də, mövsümün ilk yarışında sürücülər fərqlənə bilməyiblər. Rubens Barrikello 10-cu yeri tutmaqla yeni xal hesablanması sisteminə görə 1 xal qazanıb. Çempionatın debütantı Niko Hülkenberq isə yarışı inamsız keçirib, finiş xəttini 14-cü keçib və liderə 1 dövrədən çox uduzub.

Hər iki sürücü yarışdan sonra şassinin balansı ilə problemlərdən şikyətləniblər. Məyus olmuş Niko bildirib ki, “maşına trasla ilişmə çatışmırdı.” Bundan başqa gənc alman sürücüyə təcrübə çatmır: məsələn, pit-stopdan əvvəlki dövrəsini Rubens komanda yoldaşından 1.224 saniyə sürətlə qət edib.

Amma sürücünün meneceri Villi Veber hesab edir ki, Niko səbirli olmalıdır və nəticələr özünü gözlətməyəcək…

Villi Veber: “O çox yaxşı sürücüdür, amma çox gəncdir. Formula1-də bəzən belə olur ki, sürücü həddən artıq çalışır: yaddan çıxarmayaq ki, Bəhreyndə Niko birinci dəfə sıralanma turunda işləyirdi. Burda nəticə yalnız sürətdən deyil, həm də soyuqqanlılıqdan asılıdır. Hülkenberq üçün bu ilk yarış idi. O hələ Formula1-ə öyrəşməlidir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər
Paylaş

logo