Ferrari-nin sürprizi var

Ferrari-nin rəhbəri Luis Kamilyeri bildirib ki, Avstraliya yarışında azarkeşlərə sürprizləri var.

F-1.az xatırladır ki, Avstraliyada başladılan araşdırmaya görə Mission Winnow yazıları bolidin üzərindən götürülüb. Bu loqotip bolidin üzərində böyük sahəni əhatə edirdi. Buna görə də maşının üzərində böyük boşluqlar yaranacaq.

Luis Kamilyeri: “Avstraliyadakı sağlamlıq mərkəzləri ilə problem oldu və Philip Morris buna həll yolu tapa bilmədi. Ancaq Avstraliyada azarkeşlərimiz üçün sürprizimiz olacaq”.

Qeyd edək ki, komanda işçiləri Avstraliyda keçənilki paltarları geyinəcəklər. Bolidin üzərindəki loqotiplərin Bəhreyndə yenidən qaytarılması gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*