Ferrari-nin gedişi məhkəmə iddialarını artıracaq?

Ferrari-nin Formula1-dən güman edilən gedişi bir neçə məhkəmə iddiasına səbəb ola bilər. Bu gün səhər Berni Ekklstoun Skuderiyanın müqaviləni pozmasına […]

Ferrari-nin Formula1-dən güman edilən gedişi bir neçə məhkəmə iddiasına səbəb ola bilər. Bu gün səhər Berni Ekklstoun Skuderiyanın müqaviləni pozmasına pritenziyalarını səsləndirib, müqaviləyə əsasən Ferrari 2012-ci ilə kimi çempionatda iştirak etməlidir, amma çoxsaylı teleşirkətlər və tras sahibləri Ekklstouna qarşı anoloji addımı ata bilərlər.

İtaliyanın La Gazzetta Dello Sport qəzetinə müsahibəsində milli RAİ teleşirkətinin başçısı Massimo de Luka bildirib: “Əgər Ferrari Formula1-i tərk etsə, digər avtoistehsalçılar da onun addınca bu addımı atsalar, mən sizə zəmanət verirəm ki, RAİ digər teleşirkətlər kimi hazırkı müqavilələrə yenidən baxılması üçün məhkəməyə müraciət edəcək.”

Monako Qran Prisinin promouteri Mişel Boeri İtaliyanın La Stampa qəzetinin jurnalistlərinə bildirib ki, əgər Ferrari Formula1-i tərk etsə, o müqaviləni gələn ildən o yana uzatmayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*