V.Bottas: Hədəf beşlikdir

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarışdakı hədəfi 5-ci yerdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 8-ci yerdən başlasa da, startda iki yer itirib. Lakin o, yenidən rəqiblərini keçərək, yerini bərpa edib.

Valtteri Bottas: “Start çətin oldu. Bolid bir az sürüşdü. Buna görə də əsas yarışda startda daha diqqətli olmalıyıq.

Ümumilikdə, sprint yarışından razı qaldım. Komanda şassini çox yaxşı dəyişdirdi. Bu, komandadakı hamı üçün əla iş idi. Hər şey yaxşı işlədi. Tempimizi hiss etmək gözəl oldu. Bəzi ötmələr etdim və yarışın sonlarında McLaren-lərə çatırdım.

Yarışda hədəfim beşlikdə olmaqdır. Hər şeyi düzgün eləsək, bunu reallaşdıracaq tempimiz var. Təkərlər də yaxşı dözdülər. Yarıç üçün ümidim var. Öyrəndiklərimizi düzgün tətbiq etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*