Bottas komandanın potensialını qiymətləndirib

F-1.az xəbər verir ki, finlandiyalı sürücü Alfa Romeo-dan gələn illə bağlı gözləntiləri və perspektivləri barədə danışıb.

Valtteri Bottas: “Mövsümqabağı hədəflərimə çatdım? Deməliyəm ki, əslində mən onları əməli olaraq yerinə yetirmişəm. Hədəflərimizdən çox uzaqda olduğumuzu düşünmürəm. Podium uğrunda müntəzəm mübarizə üçün böyük bir addım atmalıyıq. Hazırda bu, mənə çətin iş kimi görünür. Heç vaxt deməzdim ki, bu mümkün deyil. Amma ardıcıl olaraq hər yarışda ilk 10-luqda yer almaq və vaxtaşırı podium uğrunda mübarizə aparmaq, mənə elə gəlir ki, daha real görünür”.

Xatırladaq ki, Alfa Romeo geridə qoyduğumuz mövsümü altıncı yerdə tamamlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*