23 Avqust 2019, Cümə - 09:12

Ə.Həmilton: “Rosberqə görə sevinirik”

Ə.Həmilton: “Rosberqə görə sevinirik”

Müəllif: Rauf Hacıyev, redaktor

09:07 - 08 Fevral, 2017

Lyuis Həmiltonun atası Əntoni Həmilton bildirib ki, oğlu karyerasının ən gözəl dövrlərini yaşayır və buna görə də Bottas ehtiyatlı olmalıdır.

F-1.az xatırladır ki, Həmilton yarışdığı hər mövsümdə ən azı bir qələbə qazanıb və 2008-ci, 2014-cü və 2015-ci illərdə Dünya Çempionu titulunu qazanıb.

31 yaşlı sürücü keçən mövsüm Niko Rosberqə məğlub olaraq, titulunu qoruya bilməmişdi. Almaniyalı sürücü istefa verdikdən sonra isə Həmilton qarşıdakı mövsümdə Bottasla komanda yoldaşı olacaq. Artıq bütün Formula1 dünyasına finlandiyalının performansı maraqlıdır.

Əntoni Həmilton: “Lyuisə qarşı yarışmamışdan əvvəl karyeranızı planlaşdırmalısınız. Çünki Lyuisə qarşı yarışmaq karyeranızın sonunu yaxınlaşdıra bilər. Lyuis yaşlanır və get-gedə yetkinləşir. Məncə, hazırda karyerasının zirvəsinə doğru gedir. Bu il hamı onu ciddi qarşılamalıdır.

Lyuis sadəcə qalib gəlmək barədə düşünür. Düzünü desəm, o, Nikonun çempionluğuna görə sevinir. Nikonu çoxdan tanıyırıq və bunun üçün çox əziyyət çəkdi. İl ərzində bəxtə ehtiyacınız var və onda bu var idi. Amma Lyuis yenidən qalib gəlmək istəyir. Çempionluğu öz gücünə qazanmaq istəyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 151
Teqlər , , , ,
Paylaş

logo