M.Uebber: “Etibarlılığa heç kim zəmanət verə bilməz”

Red Bull maşınlarl mövsümöncəsi testlərdə çox sürtlu idilər, amma demək olar ki, hər gün bu maşınların müxtəlif problemləri üzündən sessiyanı […]

Red Bull maşınlarl mövsümöncəsi testlərdə çox sürtlu idilər, amma demək olar ki, hər gün bu maşınların müxtəlif problemləri üzündən sessiyanı dayandırmaq lazım gəlirdi. Bəhreyndə də vəziyyət təkrar olunub – Sebastyan Fettel sıralanma turunda poul qazanıb və yarışda da liderlik edirdi, amma finişə 15 dövrə qalmış problemlər üzündən liderliyi əldən verib. BBC-yə müsahibəsində Mark Uebber maşının etibarlılığından və yarışların baxımlılığından danışıb…

Mark Uebber: “Etibarlılığa heç kim 100% zəmanət verə bilməz, yarışdan yarışa hamının problemi olacaq. Son bir neçə ayda biz maşının davranışını yaxşı öyrənmişik, inkişaf etmişik və bu istiqamətdə də işimizi davam etdirəcəyik. Keçən il bizim mütəxəssislər yüksək etibarlılığa nail olmuşdular və mən onlara tam etibar edirəm.

Bəhreyn yarışını baxımlılıq sahsində nümunə hesab etmək olmaz. Əminəm ki, biz daha maraqlı yarışlar görəcəyik. Arxada üç maraqlı mövsüm qalıb, 2007-ci ildə Kimi Rəykkönen, 2008-ci ildə Lyuis Həmilton son yarışda titul qazanmışdlar, keçən il Censon Batton mövsümün bütün ikinci yarısını qələbə uğrunda mübarizəyə sərf etmişdi – ötmə və mübarizə kifayət qədər idi, indi yeni şərtlərə öyrəşmək lazımdır.

İkinci məcburi pit-stop? Pis olmazdı. Dörd saniyəlik bir pit heç nəyi dəyişmir – vəziyyət stabil qalır. İki pit-stop böyük pressinqə səbəb olacaq, komandalar və sürücülər səhvə yol verə bilərlər, hərçənd, bununla ötmələrin sayı artmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*